Qırmızı.az
Bir yerə 1200 müəllim müraciət edib
İyulun 15-də müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu başa çatıb. 15 gün ərzində ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 2975 vakant yerə 17962 nəfər ərizə verib. Bu barədə Publika.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müraciət edənlər arasında ibtidai sinif (4996), ingilis dili
(2578), Azərbaycan dili və ədəbiyyat (2190), riyaziyyat (1477),
tarix (1156) və informatika (1113) müəllimi ixtisaslarını
seçənlərin sayı daha çox olub. İlkin təhlil göstərir ki, Bakı
şəhərində olan vakant yerlər digərlərinə nisbətən çox seçilib. Belə
ki, Bakı şəhərinin bəzi məktəbləri üzrə bir ingilis dili müəllimi
yerinə 1200-dən, bir ibtidai sinif müəllimi yerinə 800-dən artıq
ərizə qeydə alınıb.
Ərizələrin təsdiqlənməsi prosesi 17 iyul 2014-cü il tarixində başa
çatdıqdan sonra 18 iyul 2014-cü il tarixində imtahan qrupları
formalaşdırılacaq.
2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə
liseylərinə müəllimlərin işə qəbulunun 2-ci mərhələsi - test
imtahanları iyul ayının 21-də başlanacaq və bir həftə davam
edəcəkdir. Test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumat
hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə göndəriləcək.
Test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin əsas və
2-ci korpusunda keçiriləcək. İmtahanın gedişinə video-nəzarət
ediləcək.
Test imtahanının nəticəsinə görə seçdiyi vakant yerə işə qəbul
olunmaq hüququnu qazananlar üçün iyulun 30-dan müsahibələr təşkil
olunacaq və onların şəxsi səhifəsinə bu barədə məlumat
göndəriləcək. Müsahibə proqramı Təhsil Nazirliyinin rəsmi internet
saytının “Müəllimlərin işə qəbulu” səhifəsində yerləşdiriləcək.
Gülxar
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO