Zaqatalada 14 tondan çox çətənə kolu yandırılıb
Bizi izləyin

Qırmızı.az

Zaqatalada 14 tondan çox çətənə kolu yandırılıb

Dövlət Sərhəd Xidməti (DSX) Zaqatalada 14 tondan çox çətənə kollarının məhv edilməsi ilə bağlı məlumat yayıb.

DSX-nin mətbuat mərkəzindən Publika.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhədboyu zonalarda həyata keçirilən rejim tədbirləri çərçivəsində 25 iyun 2014-cü il tarixdə Zaqatala rayonunun Muğanlı kəndinin "Qaraçay" çayı yaxınlığında ümumi çəkisi 5 ton 950 kiloqram olan 3966 ədəd, 11 iyul 2014-cü il tarixdə isə Zaqatala rayonunun Ağdamkələl kəndi istiqamətində Dindi dağı yaxınlığında ümumi çəkisi 10 ton 680 kiloqram olan 8900 ədəd narkotik xassəli çətənə kolları aşkar olunub.

Zaqatala rayonunun icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyinin, DİN Zaqatala Rayon Polis Şöbəsinin və DSX əməkdaşlarının iştirakı ilə narkotik xassəli çətənə kolları yandırma üsulu ilə məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm