• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ticarət Mərkəzindəki cinayətin təfərrüatları bəlli oldu

Ticarət Mərkəzindəki cinayətin təfərrüatları bəlli oldu

Ötən gün “28 Mall”da baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.

Nəsimi Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisəni törədən 25 yaşlı İsmayıl Abbasov və bıçaqlanan 31 yaşlı Konstantin Dutkin də sözügedən ticarət mərkəzinin mühafizəçiləridir.

İş yoldaşını bıçaqlayan İsmayıl Abbasov Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları tərəfindən tutularaq istintaqa ifadə verib.

O bildirib ki, K.Dutkinlə zarafat edirdi. Amma zarafatın sonu bıçaqlanma ilə nəticələndi:

”O, öz-özünə oynamağa başladı və oynaya-oynaya üstümə gəldi. Başımızın üzərində də kamera vardı. Mənim də əlimdə bıçaq vardı. Zarafatla dedim, Dudkin, indi vuracam ha səni. O da qayıtdı ki, vur. Mən də zarafatla bıçağı ona tərəf uzatdım. Bir də gördüm dəydi qarnına. Birinci elə bildim əlini yaralamışam. Sonra köynəyini qaldırdım ki, qandı”.

K. Dutkinə kömək edən İ.Abbasov onun yarasını sarğı ilə bağlayıb. Amma qan kəsmədiydən təcili tibbi tardım maşını çağırıb. Beləlikə, K.Dutkin xəstəxanaya yerləşdirilib, vəziyyəti artıq normaldı.

İstintaqa cəlb olunan İ.Abbasov isə belə bir nəticə gözləmədiyini iddia etdi. Onun barəsində artıq həbs-qətimkan tədbiri seçilib. Saxlanılan şəxs zarafatlaşmasının cəzasını 3 il cəkməli olacaq.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR