• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azercell özünün yeni Barama İnnovasiya Mərkəzini təqdim edir - FOTOLAR (R)

Azercell özünün yeni Barama İnnovasiya Mərkəzini təqdim edir - FOTOLAR (R)

İyul ayının 16-da Azercell Telekom özünün yeni məkanda yerləşən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzini ictimaiyyətin üzünə açdı. Xətai metro stansiyasının yaxınlığındakı Dəmirçi Plazada keçirilən açılış mərasimində Azercell-in prezidenti Kiril Qaburiç, şirkət nümayəndələri, İKT üzrə mütəxəssislər, gənc sahibkarlar və media təmsilçiləri iştirak edib. Cənab Kiril Qaburiç çıxışı zamanı Azercell-in son illərdəki fəaliyyətinə qısa nəzər salaraq bu müddət ərzində əldə edilən nailiyyətlərdən, uğurlardan söz açıb. Azercell prezidenti şirkətin sosial fəaliyyətində prioritet məsələlərdən də danışıb və bunlar sırasında istedadlı gənclərə və gələcəyin sahibkarlarına yardımın ön yerlərdən birini tutduğunu qeyd edib: “Azercell-in ən uğurlu layihələrindən biri olan Barama Mərkəzi biznesə başlamaq istəyən innovativ ideyalı gənclərimiz üçün yeni imkanlar yaradır. Azercell Barama mərkəzinin köməyilə öz biznesini qurmaq istəyən istedadlı gənclərə daha geniş imkanlar yaratmaqda davam edəcək”.

Fəaliyyət göstərdiyi qısa müddət ərzində Barama-nın dəstəyi ilə bir sıra uğurlu layihələr icra olunub. Azərbaycandan və dünyanın müxtəlif yerlərindən olan bir sıra böyük şirkətlərin dəstəyi ilə gənc sahibkarlar üçün müsabiqələr, müxtəlif təhsil və qrant proqramları keçirilib.

Azercell-in dəstəyi və təşəbbüsü ilə yaradılan yeni Barama Mərkəzinin ofisi indi daha böyük sahəyə malikdir. Bu mərkəz gələcək sahibkarların ideyalarının daha effektiv reallaşması üçün gərəkli olan avadanlıqlarla təchiz edilib. Yeni ofisdə layihələr çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi üçün iri konfrans zalı mövcuddur. Həmçinin, mərkəz otaqları təlimlərin yüksək səviyyədə baş tutması üçün smart lövhə ilə təmin edilib. Ofisin digər üstünlüyü ondadır ki, burada gənc sahibkarlar günün 24 saatı fasiləsiz olaraq işləyib mərkəzin imkanlarından yararlana bilərlər. Əvvəlki ofisdən fərqli olaraq, yeni mərkəzdə, həm də, Brama layihəsi iştirakçılarının istirahəti üçün oyun zalı yaradılıb.

Açılış mərasimində, həmçinin, şirkətin səlahiyyətli nümayəndələri Azercell-in bu yay ərzində böyük uğurla həyata keçirdiyi regionlarda mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyası çərçivəsində müxtəlif kampaniya, tarif paketləri, eləcə də abunəçilər üçün sərfəli mobil internet və endirimli rominq tariflərindən söhbət açdılar.

Azercell hər zaman olduğu kimi, öz öhdəliyinə sadiq qalaraq ölkədə bütün sahələrdə gənc nəslin yetişməsinə şərait yaradır və bütün istedadlı gəncləri özünün yeni Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə dəvət edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR