Bakı metrosunda həyəcanlı anlar yaşandı
Bizi izləyin

Qırmızı.az

Bakı metrosunda həyəcanlı anlar yaşandı

Bu gün metroda qatarların hərəkətində gecikmə olub. Nəticədə metroda sıxlıq yaranıb, sərnişinlər uzun müddət qatara minə bilməyiblər.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Nəsimi Paşayev Publika.az-a açıqlamasında bildirib ki, “İçərişəhər” stansiyasında qatarda nasazlıq olub. Qatar depoya aparılana qədər hərəkətdə gecikmə olub:

“Qatarların üz-üzə gəlməsi barədə məlumat doğru deyil. Sadəcə, nasaz olan qatarın depoya aparılması üçün əlavə qatar gətirilib. Ümumilikdə qatarların hərəkətində 25 dəqiqə gecikmə olub. Hazırda problem aradan qaldırılıb, hərəkət bərpa edilib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm