• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İlham Mirzəyev məhkəmədə suallara cavab verib

İlham Mirzəyev məhkəmədə suallara cavab verib

Bu gün Yasamal rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə İlham Mirzəyev Asif Əliyevin vəkilləri Cavanşir Süleymanov və Abuzər Müətllimovun suallarını cavablandırıb. İlham Mirzəyev deyib ki, protruziya xəstəliyindən müalicə alıb. Onun sözlərinə görə, müalicəsini müxtəlif klinikalarda keçirib: “Bu gündə ablator müalicə alıram. Müalicə almağımla bağlı növbəti iclasda sənədləri məhkəməyə təqdim edəcəm. Vəziyyətim yaxşı deyil, əməliyyat olunmalıyam. Əməliyyatımın xaricdə keçirilməsi lazım gəlir”.

İlham Mirzəyev daha sonra suallara cavab olaraq deyib ki, onun yaddaş pozğunluğu olmayıb. O, vəkillərin psixotrop maddə qəbul etməsi ilə bağlı suallarını belə cavablandırıb: “Həkim-psixoterapevt Fəxriyyə Məmmədovanın qəbulunda olmuşam. O, məni müalicə edib. Amma psixotrop maddə qəbul etməmişəm”.

Prokuror Rizvan Soltanov vəkillərin İlham Mirzəyevin psixotrop maddələrin qəbul etməsi ilə bağlı suallara etirazını bildirib. O, deyib ki, həmin sualların ittihama adiyyatı yoxdur. Hakim vəkillərin həmin suallarını çıxarıb. Sonra suallara cavab verən İlham Mirzəyev deyib ki, onun iki telefonu var: “Telefonlarıma gələn zənglərə təkcə mənə cavab verməmişəm. Zənglərə mənimlə yanaşı köməkçiklərimdə cavab verir. Hadisə baş verən gün telefon özümdə olub, bütün zənglərə də özüm cavab vermişəm. Hadisə günü avtomobilimi özüm idarə etmişəm”.

Daha sonra vəkillər deyiblər ki, “Azərcell” mobil operatorundan alınan bilgiyə əsasən hadisə vaxtı İlham Mirzəyevin telefonunun antenası 8-ci kilometr qəsəbəsində siqnal verib. Bundan başqa, onun maşını hadisə zamanı qeyd olunan vaxtı şəhərin təhülkəsizlik kameralarına 8-ci kilometr qəsəbəsində düşüb. Vəkil deyib ki, belə olan halda İlham Mirzəyevin “Space” kanalının yaxınlığında olması mümkün deyil. Vəkil İlham Mirzəyevdən bu ziddiyyətə aydınlıq gətirməsini istəyib. Amma İlham Mirzəyev həmin suallara cavab verə bilməyib. Teleaparıcı deyib ki, onun mobil telefonunun harda siqnal verməsindən asılı olmayaraq hadisə vaxtı “Space” kanalının yaxınlığında olub. O, bildirib ki, Asif Əliyevlə qohumluq əlaqələrindən başqa heç bir münasibəti olmayib: “Asif Əliyevə heç bir təklif etməmişəm”.

İlham Mirzəyev daha sonra qeyd edib ki, Nərimanov rayon Məhkəməsində mülki iddiaları gedən zaman Asif Əliyev onu təhdid edib: “Hadisə günü Asif Əliyev mənə görünməyən nömrədən zəng edib. Sonra “Space” kanalının da canlı yayımda olan zaman Asif Əliyevdən mənə mesaj gəldi. Həmin mesajda məni təhdid edirdi. Canlı yayımdan çıxandan sonra “Space” kanalının arxa hissəsində Asif Əlieyv qarşımı kəsdi və boğazıma bıçaq dirəyərək məni hədələdi. Onun boğazıma bıçaq dirəməsi ilə bağlı ilkin ifadəmdə deməmişəm. Səbəb isə onunla qohumluq əlaqələrim olub, istəməmişəm ki, onu həbs etsinlər”.

Daha sonra suallar verən zaman İlham Mirzəyev “vuran bəlli, vurulan bəlli”, -deyərək vəkil Cavanşir Süleymanovun üstünə qışqırıb. Vəkil isə teleaparıcının onun üstünə qışqırmamasını və hakimdən bu məsələyə münasibət bildirməsini istəyib. Hakim tərəfləri sakitləşdirəndən sonra İlham Mirzəyevə xəbərdarlıq edib: “Vəkilin vəzifəsi müdafiə etməkdir. Əgər biz görsək ki, vəkil təqsirləndirilən şəxsi müdafiə etmir, onu işdən kənarlaşdırılması üçün qərar qəbul edirik. Zərərçəkmişində tərəflərin suallarını cavablandırmaq da borcludur”.

Daha sonra vəkillər İlham Mirzəyevə cinayət işiində hadisənin şahidi olmuş şəxslərlə harda tanış olması, onlarla hansı münasibətlərinin olması barədə suallar veriblər. İlham Mirzəyev deyib ki, Rəbiyyə Zərdabi ilə Mələkxanım Əyyubovanın ad günün də tanış olub. Sara Hüseynovanı jurnalist kimi tanıdığını deyən İlham Mirzəyevin sözlərinə görə, onunla yeni layihəsi ilə bağlı danışıqlar aparımış: “Sara Hüseynova layihəni söhbət etmək üçün Space” kanalının yanına gəlmişdi. Fəxriyyə Məmmədova verilişimin qonağı olub və oradan tanımışam. Hadisə baş verəndən sonra Fəxriyyə Məmmədova ilə görüşdüm və başıma gələnləri ona dedim. Ondan kömək istədim. O, polisə müraciət etməyimi məsləhət bildi. Həmin gün Fəxriyyə Məmmədova və ya digərləri mənim qonağım olmayıb. Mənim qonağım Dəyanət Rzayev olub”.

Məhkəmə iclasında İlham Mirzəyevin vəkilləri Asif Əliyevin müdafiəçilərinin suallarına müdaxilə edib. Həmçinin, prokurorda sualların verilməsi zamanı müdaxilə etməsi hakimi qəzəbləndirib. Hakim həm İlham Mirzəyevin vəkillərinə, həm də prokurora xəbərdarlıq edib. “Bura bazar deyil. Xanlar müəllim, İlham Mirzəyevin yerinə cavab verməyə də malik deyilsiz. Bura şou-biznes yeri deyil. Hamıya hörmətlə yanaşıram. Elə etməyin ki, səlahiyyətlərimdən istifadə edim və tədbir görüm”, deyə hakim zalda sakitlik yaradıb. Sonra sualları cavablandıran İlham Mirzəyev deyib ki, hadisə zamanı xəsarət alması ilə bağlı heç kimə bir söz deməyib. Məhkəmə iclası yanvarın 30-da davam edəcək.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR