Qırmızı.az
Bakıda dələduzlar yaxalandı
Bakıda vətəndaşların etibarından
sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli
miqdarda əmlakı ələ keçirmək məqsədilə sayt yaratmış şəxslər
saxlanılıblar.
Bakı şəhər prokurorluğu və Bakı şəhər Baş Polis
İdarəsinin mətbuat xidmətlərindən ANS PRESS-ə daxil olna birgə
məlumata görə, Bakı şəhər sakini Asəf Hacı-İsmayılov və qeyriləri
tərəfindən təsis edilmiş "DES" Məhdud Məsuliyyətli Cəmiyyətinin
vəzifəli şəxsləri "Köhnə bakılılara yeni ev" şüarı altında sayt
yaratmış, vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq
yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək üçün guya
paytaxtın mərkəzi prospektlərindən birində çoxmərtəbəli bina
tikəcəkləri barədə həmin saytda və digər kütləvi informasiya
vasitələrində reallıqdan uzaq elanlar, reklam xarakterli
informasiyalar yerləşdirilib.
Araşdırmalar zamanı "DES" Məhdud Məsuliyyətli
Cəmiyyətin sözügedən fəaliyyət növü ilə müvafiq lisenziya olmadan
fəaliyyət göstərdiyi müəyyən edilmiş, faktla bağlı Bakı Şəhər Baş
Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət
Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, adı
çəkilən MMC-nin vəzifəli şəxsləri - Asəf Hacı-İsmayılov, Nazim
Səmədov və Orxan Fərhadov şübhəli şəxs qismində
tutulublar.
İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq
cəmiyyətin Bakı şəhəri, Badamdar qəsəbəsi, 156 ünvanında yerləşən
ofisində aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən
sənədlər, möhür, ştamp, müqavilə və ərizə formaları, 9 bloklu evin
ümumi və ayrı-ayrı otaqlarının, mərtəbələrinin sxemləri, 3 ədəd
kompüter və 1 noutbuk, həmçinin, iki nəfərlə 65.000 və 25.000 manat
dəyərində mənzillərin alqı-satqısına dair imzalanmış müqavilələr,
eləcə də 20-yə yaxın şəxsin müvafiq ərizələri
götürülubdür.
Tutulan şəxslərin ifadələrindən və digər
sənədlərdən də göründüyü kimi, onlar inşa edəcəkləri, ümumi dəyəri
17.000.000 manatdan çox olan 16 mərtəbəli, 9 bloklu və 810 mənzilli
binada həmin mənzillərin hər kvadratmetrini sakinlərə guya 380
manata satılması nəzərdə tutulub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat
tədbirləri davam etdirilir.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO