Nərgiz Paşayeva qızı ilə birlikdə açılışda - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Nərgiz Paşayeva qızı ilə birlikdə açılışda - FOTOLAR

Yanvarın 24-də Müasir İncəsənət Muzeyinin, Almaniyanın Xarici Əlaqələr İnstitutunun (İFA) və Almaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Real məkan. Konseptual məkan” – alman fotoqrafiyası 90-cı illərdə” adlı fotoşəkillərdən ibarət s

Yanvarın 24-də Müasir İncəsənət Muzeyinin, Almaniyanın Xarici Əlaqələr İnstitutunun (İFA) və Almaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Real məkan. Konseptual məkan” – alman fotoqrafiyası 90-cı illərdə” adlı fotoşəkillərdən ibarət sərgi açılıb.

Publika.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, açılış mərasimində “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib və paytaxtımızda belə bir sərginin açılmasını gənc azərbaycanlı fotoqrafların yaradıcılıq imkanlarının artmasına təkan verəcəyini söyləyib.

Sərginin əlaqələndiricisi Səbinə Şıxlinskaya bildirib ki, “Müasir alman fotoqrafiyasının aspektləri” adlı tədbirlər çərçivəsində keçirilən sərgidə 90-cı illərin alman fotoqrafiyasının inciləri nümayiş etdirilir.

Sərgidə Susanna Brügger, Tomas Demand və Haydi Şpekerin üç müxtəlif mövqeyi bir ictimai məkan daxilində birləşib. Bunu həm Haydi Şpekerin “çəkilmiş” mücərrəd memarlıq şəkillərində, həm Susanna Brüggerin şəhərə baxışından olan parçalarda, həm də Tomas Demandın qurularaq inşa edilmiş məkanla bağlı şəkillərində çox aydın görmək olar. Sərginin adında məkanın reallıq və təsvir kimi ziddiyyəti anlayışlarla əlaqəli vurğulanması təsvir vasitəsilə bağlı spesifik bir polemikanı göstərir.

Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel belə sərgilərin açılmasının ölkələrimiz arasında mövcud mədəni əlaqələrə öz müsbət təsirini göstərəcəyini söyləyib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya, “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudovaya və Müasir İncəsənət Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirən səfir hər kəsi fevralın 28-dək davam edəcək sərgi ilə yaxından tanış olmağa çağırıb.

Bakıda ilk dəfə olduğunu bildirən fotoqraf Haydi Şpeker diqqətə çatdırıb ki, sərgidə təxminən otuz müxtəlif fotoşəkil təqdim edilib.

Vurğulanıb ki, “Real məkan. Konseptual məkan” adlı sərgi 1998-ci ildən etibarən dünyanın 50-dək müxtəlif ölkəsində nümayiş etdirilib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgi ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova alman fotoqraflarının əsərlərini yüksək qiymətləndirib.

Özünün yaradıcılıq axtarışlarından söz açan Aida Mahmudova vurğulayıb ki, hazırda intensiv işləyir və müvafiq əsərlərini cari ilin ortalarında başa çatdırmaq niyyətindədir. Bu ilin sonunda xaricidə fərdi sərgisinin keçirilməsini də planlaşdırır.

Sərgi çərçivəsində yanvarın 25-də almaniyalı fotoqraf Haydi Şpeker “YARAT” Müasir İncəsənət Məkanının “YAY!” Qalereyasında gənc fotoqraflar üçün seminar keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm