Qırmızı.az
Günün Ramazan təqvimi - 17 iyul
19 ramazan 1435 – 17 iyul 2014
İmsaq: 04.49
İftar: 21.24
19-cu günün duası: Allahummə vəffir fihi həzzi min
bərəkatih. Və səhhil səbili ila xəyratih. Və la təhrimni qəbulə
həsənatih. Ya hadiyən iləl-həqqil-mubin.
(İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir!
Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən
məni məhrum etmə! Ey aşkar haqq yolunun
hidayətçisi!).
Ayə: “Əlif, Lam, Mim! Kitabın (Quranın) aləmlərin
Rəbbi tərəfindən nazil edilməsində heç bir şəkk-şübhə yoxdur! Yoxsa
(müşriklər): “(Muhəmməd) onu özündən uydurmuşdur!” – deyirlər.
Xeyr, o səndən əvvəl peyğəmbər göndərilməmiş bir qövmü (Allahın
əzabı ilə) qorxutmağın üçün Rəbbindən (nazil) olan bir haqdır.
Bəlkə, doğru yola yönələlər!” /Səcdə-1.2.3/
Hədis: “Möminin işi necə də qəribədir! Onun bütün
işləri xeyirdir. Bu yalnız möminə məxsusdur. Ona sevinc üz
verdikdə, Allah-Təalaya şükür edər və bu onun üçün xeyir olar.
Başına zərərli bir iş gələrsə səbir edər və bu da onun üçün xeyirli
olar.”
Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca
başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları
İdarəsinin rəsmi internet saytından götürülüb.
PS. Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün
göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu
batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan
fərqlilik bu addımı zəruri hala gətirir.
Digər şəhərlər üçün Bakı vaxtına edilən
əlavələr:
Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10,
Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə
+11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran
+4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16,
Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6,
İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19,
Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran
+5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli
(Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16,
Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı
+6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər
+12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15,
Zəngilan +13, Zərdab +9
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək