Siqaret çəkmək intihara sövq edir
Bizi izləyin

Qırmızı.az

Siqaret çəkmək intihara sövq edir

Siqaret nəinki fiziki, eləcə də psixoloji sağlamlığa ziyan vurur.

ANS PRSS-in məlumatına görə, alimlər yeni araşdırma nəticəsində bu qənaətə gəliblər. Araşdırmalar göstərir ki, siqaret çəkmək hətta intihara gətirib çıxara biləcək psixiki sarsıntılara yol açır.

Bu nəticəyə alimlər 1990-2004-cü illər ərzində ABŞ-nin 50 ştatında tütün məmulatlarına qarşı qəbul edilən qanunları araşdırarkən gəliblər. Nəticələrdə göstərilir ki, ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunların qəbulu və ya tətbiq olunan cərimələrlə tütünə qarşı aqressiv siyasət göstərən ştatlarda intihar sayı digərlərinə nisbətən xeyli azdır. Dövlətlərin də anti tütün qaydaları qəbul etdiyi dövrlərdə ölüm sayı hiss olunacaq dərəcədə azalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm