• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Müəllim tələbəsini zorladı

Müəllim tələbəsini zorladı

Türkiyədə tələbə müəllimi tərəfindən cinsi təcavüzə məruz qalıb. Publika.az-ın habertürk-ə istinadən məlumatına görə, Ərzurumdakı Atatürk Universitetinin Sənətlər Fakültəsinin bölmə müdiri işləyən dosent A.A barəsində keçmiş tələbəsi S.T polisə müraciət edib.

27 yaşlı qız polisə verdiyi şikayət ərizəsində qeyd edib ki, o müəllimi tərəfindən cinsi zorakılığa məruz qalıb: “Mən ali lisenziya almaq üçün keçmiş müəllimimə müraciət etdim. O isə bu məsələni müzakirə etmək üçün məni bağına dəvət etdi. Mən ağacları suladığım zaman o mənə yaxınlaşaraq, öpməyə başladı. Daha sonra isə o, mənə qarşı zorakılıq etməyə başladı və qeyri-təbii yolla cinsi əlaqəyə məcbur etdi”.

Zorakılığa məruz qalan gənc qız qeyd edib ki, yuxarıda qeyd edilən hadisədən sonra yenidən müəlliminə müraciət edib, bildirdiyinə görə, lisenziya məsələsi onun üçün çox vacib imiş və lisenziyanı mütləqa almalı imiş. Növbəti dəfə də dosentə müraciət etdikdə, müəllimi məsələni müzakirə etmək üçün onu yenidən bağına çağırıb: “Düşündüm ki, Ramazan ayı olduğuna görə, daha mənə təcavüz etməz. Lakin o, yenə də həmin hərəkətləri etdi. Mən də dəlil olaraq, paltarlarımı götürüb polisə gəldim”.

Keçmiş tələbəsini zorlamaqda ittiham olunan dosent isə polisə verdiyi izahatda ittihamları qəbul etməyib. Universitet əməkdaşı bildirib ki, həmin qızın lisenziya məsələsi düzəlmədiyi üçün belə bir ittiham irəli sürüb.

Qeyd edək ki, müəllim məhkəmənin qərarı ilə həbs edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR