Azərbaycanda dönərə qadağa ...
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda dönərə qadağa ...

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən “Mərsin” kafesində dövlət nəzarəti tədbirləri həyata keçirib.

Komitədən verilən məlumatda bildirilir ki, yoxlama zamanı kafenin mətbəxində antisanitar şəraitinin hökm sürdüyü, soyuducuda ərzaq məhsullarının saxlanılması zamanı mal qonşuluğuna əməl edilmədiyi aşkarlanıb.

Həmçinin məlum olub ki, kafedə hazırlanan toyuq və ət dönərinin, xammal və qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəricilərini müəyyən edən gigiyenik və uyğunluq sertifikatları yoxdur.

Aşkar edilmiş nöqsanlarla bağlı kafedə dönər istehsalı və satışı dayandırılıb, müəssisə rəhbəri barəsində isə inzibati protokol tərtib edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm