Gün ərzində cəbhədə atəşkəs 31 dəfə pozulub
Bizi izləyin

Qırmızı.az

Gün ərzində cəbhədə atəşkəs 31 dəfə pozulub

Ötən sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub.

Müdafiə Nazirliyindən Publika.az verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qapanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm