Qabiliyyət imtahanları başladı
Bizi izləyin

Qırmızı.az

Qabiliyyət imtahanları başladı

Bu gündən etibarən I və IV ixtisas qrupları üzrə qabiliyyət imtahanları keçiriləcək. Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

İyul ayının 17-dən 27-dək I və IV ixtisas qrupları üzrə ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları keçiriləcəkdir.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ərizə qəbulu mərhələsində xüsusi qabiliyyət tələb edən ixtisaslara qrafik üzrə seçmə turlar keçirilib. Seçmə turda abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılmış və yoxlamadan müvəffəqiyyətlə keçənlər qabiliyyət imtahanlarında iştirak etmək üçün internet vasitəsilə qeydiyyata alınıb.

Müvafiq qrupların test imtahanı nəticəsində müsabiqə şərtini ödəmiş abituriyentlər onlar üçün müəyyənləşdirilmiş vaxtda qabiliyyət imtahanı verəcəklər.

Bu ildən etibarən bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanlarının gedişi videolentə alınacaq.

Qeyd edək ki, qəbul qaydalarına əsasən, abituriyentlərə qabiliyyət ixtisasları ilə yanaşı, müsabiqə şərtlərini ödədikləri halda digər ixtisasları da seçmək imkanı verilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm