Füzulidə daha bir kəndarası yol istifadəyə verildi
Bizi izləyin

Qırmızı.az

Füzulidə daha bir kəndarası yol istifadəyə verildi

Hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlayır. Müasir və rahat yol sürətli sosial-iqtisadi inkişafın başlıca şərtidir. Füzuli rayonunda da yol infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, kəndlərdə yeni avtomobil yolları çəkilir. Ərazidəki yol-nəqliyyat infrastrukturunun yeniləşməsi və kəndarası yolların asfaltlanması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Son illərdə bu sahədə əldə edilmiş nəticələr insanların rahat gediş-gəlişini təmin etməklə bərabər, rayonun simasını da büsbütün dəyişir.

Bu fikirlər Füzuli rayonunun Mirzənağılı, Əhmədalılar, Arayatılı, Şükürbəyli, Qarabağ və Birinci Mahmudlu kəndlərini birləşdirən avtomobil yolunun Kərimbəyli kəndindən keçən hissəsində 1,5 km asfalt yolun əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibəti ilə keçirilən açılış mərasimində bildirilmişdir.

Açılışda rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, yerli icra nümayəndələri, bələdiyyələr və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Açılış mərasimində çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Alı Alıyev ölkəmizdə yol infrastrukturunun yenidən qurulması, kənd yollarınının abadlaşdırılması istiqamətində görülən məqsədyönlü işlərdən danışmışdır. Bildirmişdir ki, yolun əsaslı şəkildə yenidən qurulması dövlət başçısının füzulililərə göstərdiyi qayğının daha bir nümunəsidir.

Milli Məclis sədrinin müavini Bahar Muradova açılışda çıxış etmiş, respublikamızda rayon mərkəzlərinin və kəndarası yolların abadlaşdırıldığını bildirmiş, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş görüldüyünü qeyd etmişdir.

Açılış mərasimində çıxış edən kənd ağsaqqalları, ziyalılar Prezident İlham Əliyevin regionlara, o cümlədən Füzuliyə xüsusi diqqət və qayğısını qeyd emişlər.

Sonra Mirzənağılı, Əhmədalılar, Arayatılı, Şükürbəyli, Qarabağ və Birinci Mahmudlu kəndlərini birləşdirən avtomobil yolunun Kərimbəyli kəndindən keçən hissəsində 3000 nəfərdən artıq əhalinin istifadə edəcəyi 1,5 km asfalt yol kənd sakinlərinin istifadəsinə verilmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm