Müdafiə Nazirliyi erməni kəşfiyyat-diversiya qrupu ilə bağlı rəsmi məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

Müdafiə Nazirliyi erməni kəşfiyyat-diversiya qrupu ilə bağlı rəsmi məlumat yaydı

Ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi Azərbaycan əsgərləri tərəfindən ələ keçirilib. Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi Azərbaycan əsgərləri tərəfindən ələ keçirilib. Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Müdafiə Nazirliyi bildirir ki, bu gün saat 15: 00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm