Avropa Azərbaycan Cəmiyyəti girovlarla bağlı bəyanat yaydı
Bizi izləyin

Qırmızı.az

Avropa Azərbaycan Cəmiyyəti girovlarla bağlı bəyanat yaydı

Avropa Azərbaycan Cəmiyyəti (AAC) Kəlbəcər rayonunda ermənilər tərəfindən əsir götürülən iki azərbaycanlı ilə bağlı bəyanat verib. Cəmiyyətdən ANS PRESS-ə daxil olan bəyanatda qeyd olunub ki, azərbaycanılar öz torpaqlarında ermənilər tərəfindən girov götürülüblər. Həmçinin bildirilib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq 21 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır:


"Separatçı Dağlıq Qarabağ rejiminin Müdafiə Nazirliyinin məlumatına görə, guya həmin azərbaycanılar 12 iyul tarixində “təxribatçı” kimi Kəlbəcər rayonuna gedib və girov götürülüblər. Erməni tərəfindən bildiriblər ki, guya Şahbaz Quliyevin həbsi zamanı bir eməni zabiti öldürülüb, bir erməni qadını isə yaralanıb".


Ermənistanın müdafiə naziri Seyran Ohanyanın isə beynəlxalq hüquqa zidd olan çıxışında bildirilib ki, həmin azərbaycanlıların Kəlbəcərə keçmələri beynəlxalq hüquqa əsasən qanunsuzdur və bir cinayətdir.


Amma Ermənistan beynəlxalq hüquqa məhəl qoymayaraq Azərbaycan ərazisinin 20%-ni işğal edib. Bu beynəlxalq hüququ əzib keçməkdir. Ermənistan işğalına qarşı qəbul edilən BMT qətnamələrinə hələ də əməl edilmir və işğal faktı hələ davam edir. Öz vətənində azərbaycanlıların əsir götürülməsi bir daha Ermənistanın münaqişənin həllindəki mövqeyni nümayiş etdirdi".


Avropa Azərbaycan Cəmiyyətinin direktoru (TEAS) Lionel Zetter isə qeyd edib ki, Dağlıq Qarabağda orta yaşlı azərbaycanılara qarşı Ermənistan tərəfinin etdiyi bütün hərəkətlər sülh prossesinin əleyhinədir və bu danışıqlara kömək etməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm