Korrupsiyaya ən çox yol verən qurumlar
Bizi izləyin

Qırmızı.az

Korrupsiyaya ən çox yol verən qurumlar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsi tərəfindən istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilən cinayət işlərinin hansı sahələrlə bağlı olduğunu açıqlanıb.

Publika.az xəbər verir ki, İdarənin rəisi Kamran Əliyev İdarə tərəfindən 2014-cü ilin I yarısında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib ki, məhkəmələrə göndərilənlərin arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 əməkdaşı barəsində 2 cinayət işi, Əmlak Məsələləri Dövlət Komitəsinin 2 əməkdaşı barəsində 2 cinayət işi, yerli icra hakimiyyətləri orqanlarlarının 2 işçisi barəsində 2 cinayət işi, bələdiyyələrin 3 işçisi barəsində 3 cinayət işi, təhsillə bağlı 10 nəfər barəsində 10 cinayət işi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2 əməkdaşı barəsində 2 cinayət işi, bank və bank olmayan digər kredit təşkilatlarının 8 əməkdaşı barəsində 6 cinayət işi, "Azərenerji" ASC-nin 1 əməkdaşı barəsində 1 cinayət işi, "Azəriqaz" QSC-nin 2 əməkdaşı barəsində 1 cinayət işi, Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı barəsində 1 cinayət işi, Kənd Təsərrüfatı Nazirliyinin 2 əməkdaşı barəsində 1 cinayət işi, ticarət sahəsində çalışan 16 şəxs barəsində 16 cinayət işi, tikinti sektoru üzrə 6 şəxs barəsində 4 cinayət işi, özəl sektorda çalışan 12 şəxs barəsində 12 cinayət işi və digərləri olub.

Qeyd edək ki, 2014-cü ilin I yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsi tərəfindən 147 şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 3 şəxs barəsində 2 iş rüşvət vermə, 4 şəxs barəsində 4 iş rüşvət alma, 16 şəxs barəsində 11 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 4 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərini aşma, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 53 şəxs barəsində 38 iş mənimsəmə və israf etmə, 41 şəxs barəsində 25 iş dələduzluq və digər faktlarla əlaqədar olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm