Nə qədər prezident təqaüdçüsü var?
Bizi izləyin

Qırmızı.az

Nə qədər prezident təqaüdçüsü var?

Bu il iyulun 1-nə olan məlumata görə, Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müxtəlif Fərman və Sərəncamlarına əsasən Prezident təqaüdləri təyin olunmuş şəxslərin sayı təxminən 50 min nəfərdir.

Publika.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Bununla yanaşı, prezident Fərmanına əsasən, I qrup əlilliyə görə sosial müavinət alan 14904 nəfərə də bu ilin aprelindən etibarən aylıq 60 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq ödənilir. Bununla da həmin şəxslərə I qrup əlilliyə görə aylıq 67 manat və eyni zamanda aylıq 60 manat Prezident təqaüdü, artıq ümumilikdə 127 manat ödənilir ki, bu da yaşayış minimumunu üstələyir.

Bu ilin aprelin 1-dən müharibə əlili və onlara bərabər tutulanlara prezident təqaüdünün orta aylıq məbləği 50 faizə yaxın artırılaraq I qrup müharibə əlillərinə 110 manatdan 150 manata, II qrup müharibə əlillərinə 85 manatdan 130 manata, III qrup müharibə əlillərinə isə 60 manatdan 100 manata çatdırılıb. Bununla da ümumilikdə 18262 nəfər bu kateqoriyadan olan şəxsin sosial vəziyyətinin daha da yaxşılaşmasına nail olunub.

1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə təyin edilən prezident təqaüdünün məbləği də 55 manatdan 100 manata çatdırılıb. Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olanların və şəhidlərin övladları növbəti tədris ilindən təhsil haqqının ödənilməsindən azad ediliblər.

Xidmət rəisi son 6 ayda respublikada aylıq və birdəfəlik sosial müavinət, təqaüd və kompensasiyaların ödənilməsi üçün ümumilikdə 145,4 milyon manat vəsait xərcləndiyini diqqətə çatdırıb. Bu ötən illə müqayisədə 27,3 milyon manat və ya 23,3 faiz çoxdur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm