Bakıda şirkət əməkdaşı 37 min manatı mənimsəyib
Bizi izləyin

Qırmızı.az

Bakıda şirkət əməkdaşı 37 min manatı mənimsəyib

"Ləzzət Qida Sənaye" MMC-nin əməkdaşının qanunsuz hərəkətləri ifşa edilib.

"Ləzzət Qida Sənaye" MMC-nin əməkdaşının qanunsuz hərəkətləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, "Ləzzət Qida Sənaye" MMC-nin Bakı şəhər anbar filialının əməkdaşının qanunsuz hərəkətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Araşdırma zamanı 2012-2013-cü illərdə cəmiyyətin Bakı şəhər anbar filialının satış təmsilçisi işləmiş Namiq Vəliyevin hesabında 37.0 min manat çatışmazlığın aşkar edilməsində əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm