Qırmızı.az
118 əlilə ev verilib
Ötən ilin ilk yarımilində əlil və şəhid ailələrinin mənzilə təminatı həyata keçirilmədiyi halda, bu ilin 6 ayında ümumilikdə 118 müharibə əlili və şəhid ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa edilmiş yaşayış binalarında mənzillə təmin edilib. Publika.az-ın məlumatına görə bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Ç.Əliyevin sözlərinə görə, prezidentin 2014-cü il 20 iyun tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamında 2014-cü il yanvar aynın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər bu kateqoriyadan olan şəxslərin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub.
Bu ilin ilk yarımili əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təminatının sürətləndirilməsi ilə də əlamətdar olub.
“Bu müddətdə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamlarının icrası olaraq, 677 nəfər Qarabağ müharibəsi əlili, 323 nəfər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxs, ümumilikdə 1000 nəfər minik avtomobili ilə təmin olunub. (Ötən ilin müvafiq dövründə bu göstərici cəmi 20 nəfər təşkil edib.)”.
Gülxar
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...