İyulun 20-dən temperatur düşəcək
Bizi izləyin

Qırmızı.az

İyulun 20-dən temperatur düşəcək

İyulun 18-19-da ölkə ərazisində isti hava şəraiti müşahidə edilsə də, iyulun 20-dən temperaturların 3-5 dərəcə enəcəyi, havanın küləki keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, iyulun 20-21-də ölkə ərazisində nisbətən sərin hava şəraiti hökm sürəcək. İyulun 22-dən isə temperaturların yenidən yüksələcəyi gözlənilir.

İyulun 18-də Bakı və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26, gündüz 33-38 dərəcə isti olacaq.

A.Verdiyev bildirib ki, iyulun 19-da isti hava şəraiti olsa da, hava küləkli keçəcək.

İyulun 18-19-da Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diskomfort meteohəssas insanlar üçün əlverişsiz olacaq. İyulun 20-də isə güclü xəzri küləyi fonunda havanın temperaturunun bir qədər enməsi müsbət amildir.

İyulun 18-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gündüz qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, bəzi yerlərdə 40, dağlarda gecə 11-16, gündüz 24-29 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm