Mağazalardan oğurluq edən şəxs tutuldu
Bizi izləyin

Qırmızı.az

Mağazalardan oğurluq edən şəxs tutuldu

Bakıda mağazalara və sərnişinlərə qənim kəsilən şəxs zərərsizləşdirilib.

Nəsimi Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, 31 yaşlı Nicat Fərzəliyev bir ay ərzində 5 mağazaya külli miqdarda ziyan vurub. Rayon ərazisində mağazalardan ümumilikdə 2000 manata yaxın pul, bir neçə ədəd bankomat kartı, danışıq kartı, mobil telefon və digər əşyalar oğurlayıb.

Keçirilən əməliyyat tədbiri nəticəsində onu avtobuslarda sərnişinlərin də cibinə girdiyi məlum olub. Belə ki, o, qadının çantasından 450 manat pul da götürüb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm