Şahin Sultanovun həbs müddəti uzadıldı
Bizi izləyin

Qırmızı.az

Şahin Sultanovun həbs müddəti uzadıldı

Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandanı, vitse-admiral Şahin Sultanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadıldı. Bu bardə Publika.az-a Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov məlumat verib.

Onun sözlərinə görə, hakim Müslüm Əliyevin sədrliyi ilə keçirilən iclasda Ş.Sultanovun həbs müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, bu il aprelin 23-də Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Vitse-admirala Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm