SABAH qruplarında müsahibə mərhələsi başlandı
Bizi izləyin

Qırmızı.az

SABAH qruplarında müsahibə mərhələsi başlandı

Bu gündən başlayaraq SABAH qruplarına qəbul olmaq istəyən namizədlər üçün Bakıdakı 202 nömrəli tam orta məktəbdə müsahibə keçirilir. Müsahibə 3 gün davam edəcək. Bu barədə Publika.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müsahibə mərhələsinə II mərhələnin yekunlarına əsasən yetərli bal toplayan 24 ixtisas üzrə 750-yə yaxın tələbə buraxılıb.

SABAH qrupunun tam tərkibi tələbələrin akademik göstəriciləri, test imtahanından topladığı ballar, müsahibənin nəticələri təhlil olunduqdan sonra müəyyən ediləcək.

Qeyd edək ki, SABAH qruplarına ərizələrin qəbulu mayın 12-dən iyunun 15-dək aparılıb. Müsabiqənin II mərhələsində - imtahanlarda iştirak etmək üçün 53 ixtisas üzrə 2500-dən çox tələbə qeydiyyatdan keçib.

İyulun 6-da keçirilən imtahanlarda ümumilikdə 1154 nəfər namizəd iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm