Azərbaycan ərazisində bu günə olan hava haqqında məlumat
Bizi izləyin

Qırmızı.az

Azərbaycan ərazisində bu günə olan hava haqqında məlumat

Havanın arabir yağıntılı olacağı gözlənilir. Axşama doğru yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı vardır.

Bakıda və Abşeron yarımadasında

Havanın arabir yağıntılı olacağı gözlənilir. Axşama doğru yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı vardır.
Temperatur gecə və gündüz 2-4° isti, Bakıda gecə və gündüz 2-4° isti olacaqdır.
Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında

Arabir qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 7° şaxta, gündüz 3-6° isti təşkil edəcəkdir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

Arabir qar yağacağı gözlənilir.
Temperatur gecə 0-4° şaxta, gündüz 0-5° isti təşkil edəcəkdir.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

Havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti təşkil edəcəkdir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında

Havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta təşkil edəcəkdir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında

Havanın arabir yağıntılı olacağı, axşam bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti təşkil edəcəkdir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında

Havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 1-3°, gündüz 4-6° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-3° isti təşkil edəcəkdir.

Əlverişsiz hava şəraiti haqqında ilkin xəbərdarlıq

Yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, 29-da bəzi dağlıq və dağətəyi rayonlarda, 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir.
Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, 30-31-də qar yağacağı gözlənilir. Havanın temperaturu gecə və gündüz 2-4° isti, 30-da gecə və gündüz 2-4° isti, axşam 3° şaxta, 31-də isə 1-3° şaxta təşkil edəcəkdir.
Şimal küləyinin güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm