• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanda unikal cərrahi əməliyyatı həyata keçirilib

Azərbaycanda unikal cərrahi əməliyyatı həyata keçirilib

Bakıda M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ürək Cərrahlığı şöbəsində ilk dəfə olaraq, Xaçmaz rayon sakini 53 yaşlı Zərifə Dadaşova üzərində mürəkkəb və unikal cərrahi əməliyyatlardan biri hesab olunan Bental əməliyyatı icra edilib.

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən Publika.az-a bildiriblər ki, Z.Dadaşova səhhətindəki problemlə əlaqədar Baki şəhərindəki özəl xəstəxanaların birində müayinə olunarkən, onda aorta kökünün, qalxan aortanın anevrizması və ciddi aortal requrgitasiya aşkar edilib. Ona Bakı şəhərindəki özəl xəstəxanalarda, həmçinin İran İslam Respublikasinda əməliyyatın 12-15 min manata başa gələcəyi bildirilıb. Xəstə isə buna maddi imkanı çatmadığından kömək üçün Səhiyyə Nazirliyinə müraciət edib. Səhiyyə Nazirliyi müaricətə operativ cavab verərək xəstəni müayinə və müalicə üçün M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə gəndərıb. Əməliyyat üçün lazım olan çox bahalı ləvazimatların hamısı Səhiyyə Nazirliyi tərəfindən təmin edildikdən sonra, qeyd olunan cərrahi əməliyyat uğurla həyata keçrilib.

Əməliyyatı tibb üzrə fəlsəfə doktoru İlqar Heybətov icra edib. İ.Heybətov uzun müddət Səudiyyə Ərəbistanında ən qabaqcıl ürək cərrahlığı mərkəzlərində işləyib və zəngin təcrübə toplayıb. Onun dediyinə görə, belə mürəkkəb əməliyyatların icrası məhz son illərdə Mərkəzdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra mümkün olub. Ölkə rəhbərliyinin səhiyyə sisteminə qayği və diqqəti sayəsində bu ğün ürək cərrahlığının təchizat və təminatı yüksək səviyyədədir. Gələcəkdə daha mürəkkəb əməliyyatların həyata keçirilməsi qarşıya məqsəd qoyulub.

Qeyd edək ki, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdindəki Ürək cərrahlığı şöbəsi 1979-cu ildən fəaliyyət göstərir və hal-hazırda Səhiyyə Nazirliyi tabeliyində olan, ödənişsiz ürək əməliyyatlarının icra edildiyi yeganə şöbədir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR