Cəlilabadda qalaqlanan cəsədlər (FOTO)
Bizi izləyin

Qırmızı.az

Cəlilabadda qalaqlanan cəsədlər (FOTO)

Cəlilabad rayonunda heyvanlar arasında yaranmış xəstəlik daha da genişlənib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, xəstəliyin yayılması nəticəsində çoxlu sayda heyvan tələf olub.


Qeyd edək ki, rayon Baytarlıq İdarəsindən xəstəliyin geniş yayıldığı Alar kəndində heyvan itikisinin olmadığı barədə bildirilmişdi. Kənd sakinləri isə bunun tam əksini deyir.


Aparılan müşahidələr zamanı nəzarətsiz örüş sahəsində qorxunc xəstəlikdən tələf olmuş xeyli sayda heyvan cəsədinə rast gəldik. İndi kənd sakinləri özləri bu xəstəliyə yoluxa biləcəklərindən narahatdırlar.


Mövcud xəstəlik heyvandan heyvana həşəratlar vastəsilə yoluxur. Basdırılmayan cəsədlərin üzərində isə saysız-hesabsız həşəratlar var. Kənd sakinləri ərazilərin dezinfeksiyasının aparılmadığını deyirlər. Xəstə heyvalar üçün dərman preparatlarının verilmədiyini də bildirirlər.


Qeyd edək ki, indiyə kimi 20-dən yuxarı heyvan bu xəstəlikdən tələf olub.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm