Kişi qayınata evində arvadını bıçaqladı
Bizi izləyin

Qırmızı.az

Kişi qayınata evində arvadını bıçaqladı

Ucar rayonunda kişi arvadına bıçaqla xəsarət yetirib. Rayon polis şöbəsindən Publika.az-a verilən məlumata görə, hadisə səhər saatlarında Qaradağlı kəndində qeydə alınıb.

Qalib Heydərov həyat yoldaşı, 37 yaşlı Elnarə Heydərovanı bıçaqlayıb. Qadın ağır bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Q. Heydərov isə tutulub. O, hadisəni münaqişə zəminində törətdiyini bildirib. Belə ki, bir neçə gün əvvəl mübahisə zamanı qadın küsüb atasının evinə gedib. İçkili olan ər qayınatasının evində arvadına xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm