Balakəndə dəhşətli yol qəzası: 2 ölü - VİDEO
Bizi izləyin

Qırmızı.az

Balakəndə dəhşətli yol qəzası: 2 ölü - VİDEO

Balakəndə dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Balakəndə dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Piyadanı vuran sürücü sonradan qəza törədib. Nəticədə piyada və özü dünyası dəyişib, sərnişini isə xəsarət alıb.

Qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən rayonundan keçən hissəsində baş verib. Rayonun Qullar kənd sakini, 29 yaşlı Çingiz Saramanov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə rayon mərkəzinə hərəkət edərkən yolun kənarındakı piyada, 54 yaşlı Məryəm Bodurovanı vurub. Çinqiz Saramanov Məryəm Bodurovanı vurduqdan sonra avtomobilin hərəkət istiqamətini itirərək maşını hasara çırpıb. Nəticədə piyada və sürücü hadisə yerində ölüblər. Çinqiz Saramanovun avtomobilində olan sərnişin, Qullar kənd sakini 28 yaşlı Sərxan Akubayev isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Fakla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır. /ANS/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm