Masallıda məmur oğlu həbs olundu
Bizi izləyin

Qırmızı.az

Masallıda məmur oğlu həbs olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Cənub Regional İdarəsinin rəisi Ərəstun Əbilovun oğlu polisə müqavimətə görə, Masallı Rayon Məhkəməsinin qərarı ilə 15 sutkalıq həbs olunub.

Masallı sakinlərinin musavat.com-a verdiyi məlumata görə, Sədi Əbilov rayon daxilində özünə məxsus "Niva" markalı maşından nömrəsiz və kustar üsulla hazırlanmış pərdə ilə istifadə edirmiş.

Masallı DYP əməkdaşları tərəfindən saxlanılan məmur oğlu bu dəfə də polisə tabe olmaq istəməyib. Polisə müqavimət göstərməyinə baxmayaraq, onun idarə etdiyi avtomobil cərimə meydançasına aparılıb və barəsində tədbir görülüb.

Rayon sakininin verdiyi məlumata görə, bu hadisə yerli ictimaiyyət tərəfindən alqışla qarşılanıb. Çünki rayonda belə qudurğan məmur övladlarının zərərsizləşdirilməsi nadir hallardan biridir və bu da sakinlər tərəfindən müsbət hal kimi qiymətləndirilir.

Rayon sakinlərinin verdiyi məlumata görə, Sədi Əbilovun belə bir hərəkət etməsinə səbəb atasının vəzifədə olmasıdır. Məlumat üçün bildirək ki, Sədi Əbilov bir müddət öncə Masallı Rayon İşıq İdarəsinin rəisi vəzifəsində çalışıb. Və dövlət əmlakını küllü miqdarda mənimsədiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.

Lakin tutduğu vəzifədən uzaqlaşdırıldıqdan sonra atasının vəzifədə olması Sədi Əbilovun həbs olunmasını mümkün etməyib.

Məlumatı Masallı Rayon Polis İdarəsindən dəqiqləşdirmək mümkün olmayıb. (virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm