Qırmızı.az
Rusiya XİN girov kəlbəcərlilərlə bağlı məsələni araşdıracaq
Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya vətəndaşı olan azərbaycanlının erməni separatçıları tərəfindən işğal olunmuş Azərbaycanın Kəlbəcər rayonunun ərazisində girov götürülməsi məsələsini araşdıracaq.
Rusiya XİN-dən Trend-ə Ermənistan mətbuatında biri Rusiya vətəndaşı olan iki azərbaycanlının girov götürülməsi və bir nəfərin öldürülməsi barədə yayılan məlumatlarla bağlı bildiriblər: "Biz hələ bu barədə rəsmi məlumata malik deyilik, amma bu informasiyanı mütləq araşdıracağıq. Əgər məlumat təsdiqlənərsə, XİN mütləq reaksiya verəcək".
Xatırladaq ki, Ermənistan kütləvi informasiya vasitələrində erməni
xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər
rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov
adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Cəlal oğlu Quliyev və
Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov
götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar
yayılıb. Bununla əlaqədar, Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bəyan edib ki, son günlər
Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış
məlumatlarda, o cümlədən video və fotomateriallarda Azərbaycan
Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü
bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin
aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik
diqqət mərkəzindədir.
Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama verərək
bəyan edib ki, Ermənistan mediasında yayılan məlumatda adı çəkilən
şəxslər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...