DİN polisin bıçaqla təqib edilməsinə aydınlıq gətirdi
Bizi izləyin

Qırmızı.az

DİN polisin bıçaqla təqib edilməsinə aydınlıq gətirdi

Daxili İşlər Nazirliyi (DİN) Masallıda polis əməkdaşının bıçaqla təqib edilməsi haqda yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə virtualaz.org saytına açıqlamasında polis əməkdaşının rayon sakinlərindən biri tərəfindən təqib edilməsi haqda yayılan məlumatların həqiqəti əks etdirmədiyini dedi.

“10 LU 037 dövlət nömrə nişanlı “VAZ-21074” markalı avtomobil Masallıdan şəhər istiqamətinə hərəkət edərkən “şaravoy”u çıxıb. Sürücü idarəetməni itirib və avtomobili yolun kənarında saxlayıb.

Hadisə yerinə gələn Post Patrul Xidmətinin əməkdaşları məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polis bölməsinin əməkdaşlarına məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, maşını idarə edən Ulud Fətullayevin sürücülük vəsiqəsi yoxdur. Həmin avtomobil cərimə meydançasına aparılıb.

Polis əməkdaşları qəza baş verən yerdə araşdırma apararkən hadisə şahidləri və yoldan keçənlər də ora toplaşıb. Yoldan keçən “Lada-Priora” markalı avtomobilin sürücüsü hadisə yerinə çatarkən orada olanları nalayiq sözlərlə təhqir edib. Polis əməkdaşları həmin sürücünü intizama dəvət edərkən o, hadisə yerindən uzaqlaşıb.

Polis əməkdaşlarının araşdırmaları zamanı həmin sürücünün Masallı rayon sakini İlqar Eynullayev olduğu müəyyənləşdirilib. İlqar Eynullayev Masallı RPŞ-yə aparılıb və İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddsi ilə cəzalandırılıb. Baş verən hadisədə polis əməkdaşının bıçaqla təqib olunması və onun Post Patrul Xidmətinin maşınına sığınması haqda yazılanlar həqiqəti əks etdirmir” - deyə O.Mansurzadə açıqlamasında bildirdi.

Xatırladaq ki, dünən mətbuatda Masallı rayonun mərkəzindəki Heydər Əliyev parkının yaxınlığında polis əməkdaşının “Priora” markalı maşının sürücüsü İlqar Eynullayev tərəfindən bıçaqla təqib edilməsi, polisin isə qaçaraq PPX maşınına sığınması barədə məlumatlar yer almışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm