Dənizdə batan üç nəfər xilas olunub
Bizi izləyin

Qırmızı.az

Dənizdə batan üç nəfər xilas olunub

Dənizdə batan üç nəfər xilas olunub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sabunçu rayonu, "Bilgəh" sularda xilasetmə məntəqəsi ərazisində 2 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər. Əməliyyat saat 16:50-də başa çatıb.

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş digər məlumata əsasən, Sumqayıt şəhəri, "Corat" sularda xilasetmə məntəqəsi ərazisində 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 16:55-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm