22 yaşlı gənc Kürdə boğuldu
Bizi izləyin

Qırmızı.az

22 yaşlı gənc Kürdə boğuldu

Kürdə boğulan 22 yaşlı gəncin cəsədi çıxarılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1992-сi il təvəllüdlü Razim Sədi oğlu Əhmədov Kür çayının Şəmkir rayonu Kür qəsəbəsi ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 160 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.

R.Əhmədovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:20-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm