Bakı-Poti qatarının hərəkəti bərpa olundu
Bizi izləyin

Qırmızı.az

Bakı-Poti qatarının hərəkəti bərpa olundu

Azərbaycan ilə Gürcüstan Poti-Bakı marşrutu üzrə konteyner qatarı hərəkətini bərpa edib.

ANS TV-nin məlumatına görə, 25 konteyner vaqonundan ibarət olan ilk qatar elə bu gün Keşlə stansiyasına çatıb. Qatarın təntənəli qarşılanma mərasimində çıxış edən Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov iki ölkə arasında nəqliyyat əlaqələrinin daha da genişləndirilməsindən danışıb.

Musa Pənahovun sözlərinə görə, Bakı-Poti konteyner qatarının fəaliyyətinin bərpa edilməsi yük daşımalarının intensivləşməsinə yeni stimul verəcək: “Konteyner qatarının öz işinə başlaması ilə qəbul edən tərəf öz yükünü 34 saat ərzində ala bilər”.

Gürcüstan Dəmir Yollarının icraçı direktoru Mamuko Baxtadze əldə olunan saziş əsasında konteynerlərin nəql olunmasını təmin ediləcəyini deyib. ”Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov isə son dövrlərdə beynəlxalq daşımaların tərkibində konteyner daşımalarının xüsusi çəkisinin artdığına diqqət çəkib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm