Həbsxanaya gətirilən ayaqqabının içindən tiryək çıxdı (FOTO)
Bizi izləyin

Qırmızı.az

Həbsxanaya gətirilən ayaqqabının içindən tiryək çıxdı (FOTO)

Bakıda 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Yaşar Gülağa oğlu Alməmmədova tanışı vətəndaş Yadigar Vaqif oğlu Əhmədovun gətirdiyi ev ayaqqabısının içərisində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən 2 (iki) ədəd sellofana bükülmüş xalis çəkisi 12,161 qram narkotik vasitə olan "tiryək" aşkar edilərək götürülüb.

Qedy edək ki, Yaşar Alməmmədov Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsinə əsasən təqsirli bilinərək azadlıqdan məhrum edilib.


Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm