• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

"AZAL": Ukraynaya uçuşlara məhdudiyyət qoyulmayacaq

"AZAL": Ukraynaya uçuşlara məhdudiyyət qoyulmayacaq

“Azərbaycandan Ukraynaya uçan təyyarələrin hərəkətində hər hansı məhdudiyyət yoxdur. Bu gün də Kiyevə bir uçuş var”. Bu sözləri Publika.az-a açıqlamasında "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli deyib.

Uçuşlara məhdudiyyət qoyulmasına gəlincə, M.Səfərli bu barədə hər hansı qərar olmadığını deyib:

“Uçuşlara məhdudiyyət qoyulması barədə hər hansı məlumatın yoxdur. Demək olar, hər gün Kiyevə uçuş var”.

"AZAL"dan verilən məlumata görə, "Azərbaycan Hava Yolları"nın təyyarələri ilə Azərbaycandan Ukraynaya, o cümlədən Kiyevə aviareyslər Rusiya ərazisi üzərindən həyata keçirilir. Təyyarələr hərbi əməliyyatların getdiyi ərazilərin üzərindən keçmirlər.

"Əvvəllər aviareyslər Ukrayna ərazisi üzərindən keçirilirdi, lakin indi onlar Rusiya ərazisi üzərindən həyata keçirilir".

Xatırladaq ki, “Malayziya Hava Yolları”na məxsus “Boinq-777” sərnişin təyyarəsi Ukrayna ərazisində, Rusiya sərhədinin 60 kilometrliyində vurulub. Qəza təyyarənin Rusiya sərhədlərinə girməyə bir neçə dəqiqə qalmış baş verib. Təyyarə Amsterdamdan Kuala-Lumpura hərəkət edirdi. Ukrayna üzərində təyyarə 10 min metr yüksəklikdə uçurdu.Aviaqəzanın qurbanları 283 sərnişin, 15 ekipaj üzvü olmaqla 298 nəfərdir.

Bu hadisə ilə əlaqədar olaraq, bir çox aviaşirkətlər Ukrayna səmasından imtina edib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR