Sumqayıt sakini avtomobilin altında can verdi
Bizi izləyin

Qırmızı.az

Sumqayıt sakini avtomobilin altında can verdi

Sumqayıt şəhərində dəhşətli yol qəzası baş verib. Şəhər Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisə bu gün səhər saatlarında 17-ci mikrorayon ərazisində qeydə alınıb.

Naməlum şəxs idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyadanı vuraraq qaçıb. Kişinin üzərindən keçən sürücü hadisə yerindən qaçıb. Piyada isə yerindəcə keçinib.

Polis İdarəsindən bildirilib ki, sürücü qaçıb gizləndiyindən onun kimliyi, qəzanı törədən maşın istintaqa məlum deyil. Hazırda araşdırma aparılır.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm