FHN liftdə köməksiz qalmış 4 nəfəri xilas edib
Bizi izləyin

Qırmızı.az

FHN liftdə köməksiz qalmış 4 nəfəri xilas edib

Bakının Xətai rayonunda gecə doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalıb.

Bakının Xətai rayonunda gecə doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirib, qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 02:56-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm