Qonşusunu bıçaqladı
Bizi izləyin

Qırmızı.az

Qonşusunu bıçaqladı

Paytaxtın Binəqədi rayonunda qonşular arasında bıçaqlanma olub. Binəqədi Rayon Polis İdarəsinidən Publika.az-a verilən məlumata görə, rayonun İsmayıl Hacıyev küçəsində yaşayan 48 yaşlı Ədalət Qasımov münaqişə zəminində qonşusu Şəki rayon sakini 50 yaşlı İxtiyar Abdurrəhmanovu bıçaqlayıb.

Yaralı 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb, həkimlər onun həyatını xilas ediblər.

Cinayəti törədən Ə. Qasımov polis tərəfindən saxlanıb. Hadisənin baş verməsində qonşusu İxtiyar Aburrəhmanovu günahlandıran Ədalət Qasımov bildirib ki, qarşı tərəf onun evinə gələrək ünvanına nalayiq ifadələr işlədib. Sonra da üzərinə hücum çəkib paltarını cırıb. Ə. Qasımov da özünü müdafiə etmək üçün bıçağa əl atıb.

Ə.Qasımov bıçaqladığı şəxsin müəyyən problemlərinin olduğunu da deyib: “Onun əxlaqı yerində deyil. Öz bacısı, baldızı ilə gəzir, manyakdır” deyə bildirdi.

Ə.Qasımov barəsində Cinayət Məcəlləsinin qəsdəna sağlamlığa ağır zərərvurma maddəsi ilə cinayət işi başlanılıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm