Azərbaycanda ilk dəfə sümük iliyinin transplantasiyası həyata keçirilib
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ilk dəfə sümük iliyinin transplantasiyası həyata keçirilib

Azərbaycanda ilk dəfə sümük iliyinin transplantasiyası həyata keçirilib. Əməliyyat bu ilin may ayında Respublika Talassemiya Mərkəzində qohum donorlardan götürülən sümük iliyinin 3 xəstəyə köçürülməsi ilə icra edilib.

Publika.az-ın məlumatına görə, bu sözləri Respublika Talassemiya Mərkəzinin direktoru Rauf Rzayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu mürəkkəb əməliyyat mərkəzin yerli mütəxəssisləri və Belarusiyadan gəlmiş həmkarların köməyi ilə baş tutub:

“Hazırda hər üç xəstənin vəziyyəti qənaətbəxşdir və evə buraxılmaq ərəfəsindədir. Bu ilin oktyabr ayında daha dörd xəstədə sümük iliyinin transplantasiyası əməliyyatının keçirilməsi planlaşdırılır.Sümük iliyinin transplantasiyası yalnız talassemiyalı xəstələrdə aparılmır. Lakin bizdə həyata keçirilən əməliyyat talassemiyalı xəstələr üzərində keçirilib. Hər üç xəstənin donorları qardaş-bacılarıdır. Əməliyyat 45 dəqiqə davam edib. 60 gün xəstənin sağalma ərəfəsidir, artıq əməliyyatdan 59-gün keçib. Xəstələrin vəziyyəti normaldır. Həmin xəstələr bir il həkim nəzarətində olmalıdır”.

R. Rzayev niyə məhz belarusiyalı mütəxəssislərin təcrübəsindən yararlanmalarına da aydınlıq gətirib:

“Sümük iliyinin transplantasiyası dünyada 16 ölkədə aparılır. MDB dövlətləri içərisində isə bu sahə üzrə Belorusiya ixtisaslaşıb. Çünki 1986-cı ildə Çernobl qəzası Belorusiyaya daha çox təsir etdi və leykoz xəstələrinin sayı artırdı. Buna görə də 1993-cü ildə almanların dəstəyi ilə Belarusiyada Sümük İliyinin Transplantasiyası Mərkəzi yaradıldı və illərdir o, bu sahədə liderlik edir. Bundan başqa, Azərbaycanın Belorusiya ilə əməkdaşlıq sazişləri var. Ona görə də seçimimiz Belarusiya oldu”.


Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm