“Azercell ilə həyat daha gözəldir”(R)
Bizi izləyin

Qırmızı.az

“Azercell ilə həyat daha gözəldir”(R)

Şirkət yeni şüarını və brend filmini təqdim edir.

Yarandığı gündən bəri dəfələrlə cəmiyyətimizdə müxtəlif maraqlı konsepsiyalarla çıxış edən Azərbaycanın lider mobil operatoru Azercell Telekom bu günlərdə daha bir maraqlı layihə həyata keçirib. Belə ki, şirkət “Azercell ilə həyat daha gözəldir” şüari altında qısametrajlı filmi ekranlaşdırıb. Müştəri yönümlü yanaşma və ünsiyyət ideyası ətrafında qurulan filmin rejissoru portuqaliyalı Paulo Aresdir.


Film Azərbaycanın müxtəlif bölgələrində yaşayan, çalışan və oxuyan, lakin Azercell-in vasitəsilə öz ailələri ilə sıx ünsiyyətdə olmaq imkanı qazanan müxtəlif insanlardan bəhs edir. Film sevgini, duyğuları, kədər və xoşbəxtliyi özündə ehtiva edən 1 dəqiqə 58 saniyəlik bir epik əsərdir. Bu dəniz sahilində yaşayan qocaman balıqçı ilə şəhərdə yaşayan müsiqiçi oğlu; dünyaya yenicə uşaq gətirmiş xanımla yüzlərlə kilometr aralı, dənizdə neft qurğusunda çalışan həyat yoldaşı; şəhərdə təhsil alan nəvənin ucqar kənddə yaşayan nənəsi; çay istehsalı məşğul olan ananın taksi sürücüsü işləyən oğlu və həmçinin, iş adamının sevdiyi xanım arasında olan əlaqələrini və bağlılığını göstərən həyacanlı bir həyat yolunu bizimlə bölüşən filmdir. Çəkilişlər 7 gün davam edib və Bakı şəhərinin mərkəzi və ətrafında, eləcə də Lənkəran rayonundakı çay plantasiyalarına gədər uzanan müxtəlif məkanlarda baş verib. Bir maraqlı fakt isə ondan ibarətdir ki, filmdə çəkilən bütün insanlar real personajlardır. Filmdə görkəmli Azərbaycan bəstəkarı Polad Bül-Bül oğlu tərəfindən bəslənən məşhur "Gəl ey səhər" mahnısı yenidən işlənmiş versiyada istifadə olunub. Bu çarxda şirkət, həmçinin, özünün yeni “Azercell ilə həyat daha gözəldir” şüarını da təqdim edib.


Beləliklə, Azercell-in yeni şüarı və ekranlaşdırılan bu film şirkətin öz müştərilərinə hər zaman yüksək keyfiyyətli xidmət göstərmək əzmində olmasını, daim müştəri yönümlü yanaşmaya üstünlük verməsini, və məhz bu keyfiyyətlərə görə, ölkənin mobil rabitə bazarında lider mövqe qazanmasını bir daha göstərir.

Sizi də Azercell-in yeni filmini izləməyə dəvət edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm