Dövriyyədən külli miqdarda narkotik çıxarıldı
Bizi izləyin

Qırmızı.az

Dövriyyədən külli miqdarda narkotik çıxarıldı

Daxili İşlər Orqanlarının əməkdaşları ölkəmizə satış məqsədilə gətirilən 20 kiloqrama yaxın həşiş və tiryəki dövriyyədən çıxarıblar.

DİN-dən Publika.az-a verilən məlumata görə, İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik keçirən Cəlilabad rayon sakini, 50 yaşlı Nadir Məmmədov saxlanılıb.

Ondan ümumi çəkisi 7 kiloqramdan çox olmaqla 4 kiloqram tiryək və 3 kiloqram həşişi satmaq istəyərkən polis əməkdaşları tərəfindən götürülüb. Saxlanılan şəxs bildirib ki, narkotik maddələri həmkəndlisi Həmid Orucovdan satmaq məqsədi ilə alıb. Nadir Məmmədov tiryək və həşiş üçün 19 min dollar ödəyəcəyini deyib. Pulun 12500 dollarını əvvəlcədən Həmid Orucova verib, qalan hissəsini isə satışdan sonra ödəyəcəyini deyib.

Polis əməkdaşları 37 yaşlı Həmid Orucovu da yaxalayıblar. Tiryək və həşiş üçün ödənilmiş 12500 dolları onun üstündən aşkar edilərək maddi sübut kimi götürülüb.

O, etiraf edib ki, narkotik maddələri ona həbsdə olarkən tanış olduğu İran İslam Respublikasının Rza adlı vətəndaşından alıb. Həmid Orucov, həmçinin deyib ki, narkotik maddələr Mikayıllı kəndinin kənarında ot tayasının altında gizlədilib. İran vətəndaşı Rza Həmid Orucova narkotik maddəni oradan götürüb Cəlilabad yolunun kənarında gizlətməyi tapşırıb. Polis əməkdaşlarının iştirakı ilə ot tayasına baxış keçirilib və oradan idman çantasında ümumi çəkisi 12 kiloqram olmaqla 7 kiloqram tiryək və 5 kiloqram həşiş aşkarlanaraq götürülüb.

Narkotik maddə yol kənarında gizlədildikdən sonra əməliyyatçılar ərazini nəzarətə götürüb. Bu zaman tiryək və həşişi həmin yerdən götürən bir nəfər şəxs avtomobillə Masallı rayonu istiqamətinə hərəkət edib. Baş İdarə əməkdaşları həmin şəxsi – Masallı rayon sakini 39 yaşlı Maqsud Qasımovu da yaxalayıb. 12 kiloqram həşiş və tiryək onun idarə etdiyi avtomobilin yük yerindən maddi sübut kimi götürülüb. Maqsud Qasımov da ifadəsində bildirib ki, narkotik maddələri ona Rza adlı ilə tanıdığı İran vətəndaşı satış üçün göndərib.

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxslərin ətrafında istintaq əməliyyat tədbirləri davam etdirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm