Xalq artisti ürəyindən əməliyyat olundu
Bizi izləyin

Qırmızı.az

Xalq artisti ürəyindən əməliyyat olundu

Azərbaycanın tanınmış mədəniyyət xadimi, görkəmli tarzən, Xalq artisti Ramiz Quliyev ürəyindən cərrahi əməliyyat olunub.

Bu barədə AzVision.az-a xalq artistinin özü bildirib.


Səhhətinə problem yaranan Xalq artisti bildirib ki, hazırda özünü yaxşı hiss etsə də, həkimlərin tapşırığı ilə bir ay mətbuata çıxa bilməyəcək.


Qeyd edək ki, Ramiz Quliyev 1947-ci ildə Ağdamda anadan olub. 1964-69-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. Ağdam rayon Pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Ə. Haqverdiyev adına Ağdam dram teatrında musiqi hissə müdiri olub. Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992-2002-ci illərdə həmin kafedraya rəhbərlik edib. 1974-cü ildə musiqiçilərin Zaqafqaziya festivalında birinci mükafata, Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində isə laureat adına layiq görülüb. Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR,Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiitərə, İsrail, Norveç və digər öikələrdə konsertlər verib. 1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalında xüsusi diploma layiq görülüb. 1993-cü ildə "Humay" milli mükafatına, 2001-ci ildə "Ilin fədakar sənətçisi" fəxri adına layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm