Şeyx başsağlığı verdi
Bizi izləyin

Qırmızı.az

Şeyx başsağlığı verdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva metrosunda baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq Moskva və Bütün Rusiya Patriarxı Kirilə məktub göndərib.


Publika.az-ın məlumatına görə, Şeyx insan tələfatına görə dərindən kədərləndiyini ifadə edib:


"Moskva metrosunda baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi dərindən kədərləndirib. Biz də dualarımızı rusiyalıların dualarına qoşaraq mərhumların ruhlarının şad olmasını, xəsarət alanların tezliklə sağlamlıqlarına qovuşmasını diləyirik.
Müsəlmanlar və şəxsən öz adımdan Zati-müqəddəslərinizə və Sizin simanızda bütün Rusiya xalqına bu matəm günü münasibətilə dərin hüznlə başsağlığı verirəm.
Uca Yaradan mərhumların ruhunu şad etsin!"


Qeyd edək ki, bir neçə gün öncə Moskava metrosunda qəza baş verib. Qatarların reysdən çıxması nəticəsində 23 nəfər ölüb, onlarla insan yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm