Gəncədə hesabat günü - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Gəncədə hesabat günü - FOTOLAR

Bu gün “2014-cü ilin birinci yarısında Gəncə şəhərinin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr haqqında” Gəncə Şəhər İcra Hakimiyyəti başçısının hesabatı olub.

Şəhər fəallarının iştirakı ilə keçirilən toplantını giriş sözü ilə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açıb və ilin birinci yarısında şəhərin sosial- iqtisadi həyatında əldə olunan uğurlardan, həlli vacib məsələlərdən söhbət açıb. Qeyd edib ki, hər zaman ulu öndərin xatirəsini əziz tutan və onun siyasi kursuna sadiq olan gəncəlilər bir neçə gün bundan əvvəl dahi şəxsiyyət Heydər Əliyevin 14 iyul 1969-cu ildə hakimiyyətə gəlişini şəhərin tərəqqisi və inkişafı sahəsində qazandıqları nailiyyətlərlə, həyatımızın bütün sahələrində ürəkaçan yeniliklərlə qarşılayıb, əlamətdar hadisəni möhtəşəm tədbirlərlə qeyd ediblər.

Tədbirdə bildirilib ki, 2014-cü ilin birinci yarısında şəhərdə istehsal edilmiş ümumi məhsul buraxılışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq, müqayisəli qiymətlərdə 285,3 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

2014-cü ilin birinci yarısında şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 313,2 manat, 2013-cü ilin müvafiq dövründə isə 295,8 manat təşkil etməklə 5,9 faiz artıb.

Çıxış edənlər sosial- iqtisadi, elmi- mədəni sahədə əldə olunan nailiyyətlərə, gəncəlilərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, hərtərəfli dəstəyə, köməyə görə şəhər rəhbərliyinə dərin minnətdarlıq bildiriblər, bu qayğı və diqqəti əməli işlərində şərəflə doğruldacaqlarına söz veriblər.

Tədbirdə müzakirə olunan məsələlərlə əlaqədar müvafiq təşkilatlara tapşırıqlar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm