Silahlı qonşu gənci soyğunçuların əlindən qurtardı
Bizi izləyin

Qırmızı.az

Silahlı qonşu gənci soyğunçuların əlindən qurtardı

Moskva polisi küçədə odlu silahla soyğunçuluq törədən 3 nəfərdən ikisini həbs edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, söyğunçuluq faktı paytaxtın Novoçerumuşkinski küşəsində baş verib. Axşam 11 radələrində öz evinə qayıdan 1989-cu il təvəllüdlü şəxs 3 soyğunçunun hücumuna məruz qalıb. Cinayətkarlar onun əlindəki çantaya yiyələnmək istəyiblər. Lakin o, müqavimət göstərib. Nəticədə soyğunçular travmatik tapançadan atəş açıblar. Səs-küyə binadan zərərçəkən gəncin qonşusu çıxıb. Qonşu əlindəki “Qroza021” tipli travmatik tapançadan soyğunçulara atəş açıb. Cinayətkarlar qonşunun silahlı olmasından qorxaraq qaçmağa başlayıblar.

Hadisə yerinə gələn polis tezliklə cinayətkarlardan 2-ni həbs edib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm