Xüsusi istedada malik uşaqların I sinfə qəbuluna başlanır
Bizi izləyin

Qırmızı.az

Xüsusi istedada malik uşaqların I sinfə qəbuluna başlanır

Bakı şəhərində xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün elektron ərizələrin qəbuluna başlanılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar olaraq, iyulun 20-dən elektron ərizələrin qəbuluna başlanılacaq. Elektron ərizələrin qəbulu avqust ayının 20-dək davam edəcək.

Qeydiyyat zamanı vətəndaşlar elektron ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin surətini və 3x4 sm ölçüdə 1 ədəd fotoşəklini də əlavə etməlidirlər.

"Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm