Təhsil Nazirliyi Salyanda müəllimlərin maaş kartlarını yoxladı
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi Salyanda müəllimlərin maaş kartlarını yoxladı

Təhsil Nazirliyi Salyan rayonu, Qarabala Mayılov adına Kürsəngi kənd orta məktəbinin direktoru İslam Hüseynovun müəllimlərin maaş kartını əllərindən alması barədə yayılan xəbərlərə aydınlıq gətirib. Publika.az-ın sorğusuna cavabda bildirilib ki, həmin müraciət tapşırığımızla Salyan Rayon Təhsil Şöbəsinin məsul əməkdaşı tərəfindən yerində araşdırılıb aktlaşdırılıb:

“Məsələ ilə əlaqədar təhsil şöbəsinin məlumatında qeyd olunur ki, məktəbin 54 nəfər müəllimi izahat verərək əmək haqqı kartlarının özlərində olduğunu bildiriblər”.

Xatırladaq ki, məktəb müəllimləri direktorun kartları əllərindən aldığı və hər ay kartdan özü üçün pul çıxardığını bildirmişdilər. Məktəbin bir qrup müəllimi sadalanan faktlarla əlaqədar təhsil naziri Mikayıl Cabbarova direktordan şikayət etməyə hazırlaşdıqlarını demişdilər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm